Gördükləri mənzərə onları sözün əsl mənasında şoka salıb.
Ermənilər "Google Maps" proqramında İrəvanın mərkəzi hissəsinə göz gəzdirərkən iki azərbaycanlı şəhidin adına rast gəliblər. Gördükləri mənzərə onları sözün əsl mənasında şoka salıb.
"Varujan Xodabaxşyan dünən "Google Maps"də İrəvan küçələrinin azərbaycanlılar tərəfindən qəhrəmanlarının şərəfinə dəyişdirilməsini aşkarlayıb. Düşmən qələbəsindən sonra da fəaliyyətini dayandırmır. Onlar döyüş meydanında, diplomatik platformalarda və hətta "Google" xəritələrində də fəaliyyətə davam edirlər. Çünki biz zəifik və Ermənistandakı rejim alçaldılmağı qəbul edib", - deyə erməni KİV-ləri yazıb.
Dünyada məşhur olan "Google Maps" onlayn xəritədə İrəvanın Azadlıq meydanı və digər küçələrin üzərində Azərbaycan şəhidlərinin adlarının yazılması sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub. Ermənilər hələ də nə baş verdiyini anlamadıqlarını deyirlər.