Köçkünlər üçün tikilmiş 115 qəsəbə onlardan alınacaq.






Köçkünlər üçün tikilmiş 115 qəsəbə onlardan alınacaq.
Bu barədə Qaçqın və Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev müsahibəsində bildirib:
“Hazırda “Qaçqınkom”un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər göstərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”.







Oxunub: 299
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az