Yağı ləvənd...




Yağı ləvənd...
Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Əmir Teymur 150 minlik ordu və 32 fillə çıxdı. 1402-ci ilin yazında Teymur Ankaradan şərqdə yerləşən Sivas şəhəri daxil olmaqla bir neçə şəhəri zəbt etdi. Paytaxtı müdafiə edərək Bəyazid Sivasdan 150 km aralı olan, və Teymurun atlılardan istifadə imkanını daraldan, dağlıq-meşəlik yerdə mövqe tutdu. Osmanlı ordusunun Misirlə əlaqəsini kəsmək və onu düzənliyə cəlb etmək üçün, Teymur Qeysəriyyəyə tərəf getdi, cənubdan Ankaraya çıxdı və onu mühasirəyə aldı. Bəyazid öz mövqelərindən çəkilib paytaxta tərəf tələsdi. Onda Teymurun qoşunları Ankaranın mühasirəsini qaldırıb, kiçik keçid edərək düşərgə saldılar və möhkəmləndilər. Tez yürüşdən yorulmuş osmanlılar, əsas qüvvələrini mərkəzdə cəmləşdirərək döyüşə girdilər. Özbəklərin isə əksinə güclü cinahları və böyük ehtiyat qüvvələri var idi. Döyüşü Teymurun yüngül süvariləri başladı. Teymur ağır atlıların ardıcıl hucumlarıla osmanlıların sol cinahında durmuş serblərin cərgələrini pozdu və onları yandan aldı. Osmanlıların sağ cinahında durmuş 18 minlik tatar ordusunun və həmin cinahda duran 18 min Anadolu türkmən bəylərinin xəyanəti və Teymurun tərəfinə keçməsi döyüşün taleyini həlletdi. (Советская военная энциклопедия Москва - 1976 Т. 1 стр. 190)
Qaratatarların və türkmanların dönük çıxmasını İldırım Bəyazidə söylədikdə bildirmişdi:
-Türkman mürtəd oldu, tatar yağı..
Qaratatarların öncül dəstəsinə "ləvənd" deyilirdi. Əmir Teymurun Qarabağa gətirdiyi qaratatarların cavanqar (cavanşir) ulusunun bir oymağı hazırda Yağıləvənd adlanır. 
Ankara döyüçünün baş verdiyi Çubuq düzünə isə xalq "Mürtəd" deyir...
Bir tarixin gizlinləri...
Ənvər Çingizoğlu, 
tədqiqatçı.

Qarabağ Media.

Oxunub: 283
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az