Avropa çempionatının bürünc mükafatçısı Minayə Əkbərova.
Bolqarıstanın paytaxtı Sofiya səfərində təşkil olunan böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu başa çatdı. Bildiyiniz kimi, yarışa qatılan dörd taekvondoçudan biri, 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib. Minayə, yarışın bürünc medalına layiq görülüb. ATF verdiyi məlumat əsasında.
Oxunub: 254