09 aprel 2021-ci il tarixində Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsinin veteran və qazilərinin gənclərlə “Qəhrəmanlar unudulmur” mövzusunda onlayn gorüşü keçirildi.






09 aprel 2021-ci il tarixində Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsinin  veteran və qazilərinin gənclərlə  “Qəhrəmanlar  unudulmur” mövzusunda onlayn gorüşü keçirildi. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov  bütün  iştirakçıları salamladıqdan sonra Vətən Müharibəsində qəhrəmancasına canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Azərbaycan Respublikasının Dövlət  Himni  səslənildi. Dövlət Himni səslənildikdən sonra Şahmar Hüseynov ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş  Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və əsgərlərimizə isə çansağlığı arzuladı. Ş.Hüseynov bildirdi ki, “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, veteran və qazilərimizi ürəkdən təbrik etdi və bu qələbənin məhz Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd etdi.  Mövzu ətrafında çıxış edən “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyin sədri Firudin Məmmədov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə casarət və fədakarlıq göstərmiş Vətən Müharibəsinin iştirkçıları, veteran və qazilərinin qəhrəmanlıq şügayətlərindən danışdı. F.Məmmədov Ulu Öndər Heydər Əliyevin veteranlara, şəhid ailələrinə və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Diqqətə çatdırdı ki, cənab Prezidentin cari ildə imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri hərtərəfli qayğı ilə əhatə olunmuş, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış,  mənzillərlə təmin olunmuşlar və bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir. Respublikamızın şəhər və rayonlarında, o cümlədən Şamaxı rayonunda da rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına hərtərəfli diqqət və qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq  qanuni tələbləri dərhal yerinə yetirilir və həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür. Tədbirdə çıxış edən RİH-ti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov qeyd etdi ki, ölkə Prezidentinin tapşırıq və tövsiyəsinə uyğun olaraq Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov rayonda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə daim diqqət  və qayğı, müraciətlərinə həssas münasibət göstərir, onlarla mütəmadi olaraq görüşlər keçirir. 44 günlük Vətən müharibəsinin  Vətən müharibəsinin iştirakçısı Zamin Fərəcov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışıb. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə olduğunu diqqətə çatdırıb. O, həmçinin əminliklə bildirib ki, bundan sonrada dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir: “Müharibə iştirakçisının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Sonra tədbirdə iştirak edən rayonun ictimai fəal gənci Hilal Bəkirov  və  ADPU-nun Şamaxı filialının Tələbə Gənclər Təşkilatının sədri Hilal  Mürsəlov mövzu ətrafında çıxış etdilər. Çıxışlar bitdikdən sonra tədbirdə iştirak edən gənclər qonaqlara, veteran və qazilərə suallarla müraciət etdilər. Tədbirin sonunda məktəbli şagirdlərimiz  Vətən Müharibəsinin veteran və qazilərinə həsr etdikləri şeir parçalarını iştirakçılara təqdim etdilər.  
Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilər bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildiriblər.

Oxunub: 470
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az