Vyosa Osmani kimdir?





Kosovanın yeni prezidenti Osmani soyadlı, abırlı-həyalı türk xanımı.  O, seçkilərin üçüncü turunda parlamentin 120 üzvündən 71-nin səsini qazanaraq, prezident olub.
 Vyosa Osmani kimdir?
Vyosa Osmani 1982-ci il mayın 27-də Albaniyanın Mitrovitsa şəhərində anadan olub. İlk və orta təhsilini burada alan Osmani Priştina Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra isə ABŞ-ın Pitsburg Universitetində magistr və doktoranturaya daxil olub.
Osmani beynəlxalq hüquq və iqtisadi hüquqa aid bir neçə kitab və məqalələrin müəllifidir.
Evlidir, iki uşağı olan Osmani ana dili ilə yanaşı türk, ingilis, ispan və serb dillərini mükəmməl bilir.

Oxunub: 329
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az