Dadaş Dadaşbəyli 102 kq.....




3-11 aprel tarixlərində Rusiyanın paytaxtı Moskvada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək. 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayacaqlar. Bunlar qadınlarda Boyanka Kostova (59 kq), kişilərdə isə Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəylidir (109 kq).
Artıq idmançılarımızın çıxış cədvəli də açıqlanıb. Onunla aşağıda tanış ola bilərsiniz:
N Adı Çəki dərəcəsi Qrup Gün Saat
1. Boyanka Kostova 59 kq A  5 aprel  17:50
2. Əliş Nəzərov        102 kq      B      10 aprel  09:30
3. Dadaş Dadaşbəyli 102 kq A 10 aprel  11:50 

Qobustan rayon Gənclər və İdman idarəsi.

Oxunub: 319
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az