Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.




Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Rafiq Hüseynov 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində alıb.
Qədir Rüstəmovu, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi sənət adamlarını müşayiət edib.
Rəmiş 2008-ci ildə əməkdar, 2014-cü ildə xalq artist fəxri adına layiq görülüb

Oxunub: 296
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az