NATO - 72.









NATO - 72
Bu gün Şimali Atlantika Müqaviləsi Təşkilatının (ing. North Atlantic Treaty Organization, NATO; fr. Organisation du traité de l'Atlantique Nord, OTAN) yaradılmasından 72 il ötür.
Təşkilat 4 aprel 1949-cu il tarixində Avropanı sovet təsirindən qorumaq məqsədi ilə yaradılıb.
NATO, sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqdır.
Təşkilatın hazırda 30 üzvü var. Üzvlər hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı (NATO Headquarters) üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı (Headquarters Allied Command Operations) isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir.
Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.
Azərbaycan Respublikasının xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" (PfP - Partnership for Peace), 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" (IPAP - individual partnership action plan) proqramlarına qoşulub,  1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.
Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak etmişdir. 
2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılmışdır. Hazırda Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur. Polkovnik Əhəd Əzizov 

Oxunub: 238
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az