Polis Akademiyası işə qəbul elan edir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.
Kimlər müraciət edə bilər?
• Hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan;
• Yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan;
• Azərbaycan dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları.
Üstünlük veriləcək namizədlər:
• Elmi dərəcə və elmi ada malik şəxslər;
• Elmi-pedaqoji təcrübəsi olan mütəxəssislər.
İşə qəbul prosesi DİN tərəfindən müəyyən edilmiş qaydada, şəffaf və obyektiv əsaslarla həyata keçirilir.
Müraciət üçün əlaqə:
“8880” – DİN Polis Akademiyasının Qaynar xətti
(012) 454-12-78
(012) 554-99-84
Qeyd: Yalnız vakant vəzifələrin tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Oxunub: 90
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az