
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 2025-ci ilin yekunlarına həsr olunmuş geniş iclas keçirilib.
İclasın əvvəlində səhiyyə sahəsində səmərəli xidmətlərinə görə fərqlənən bir qrup əməkdaşa TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanov tərəfindən verilən təşəkkürnamələr təqdim edilib. Bu təltiflər tibb işçilərinin peşəkarlığının, məsuliyyətli fəaliyyətinin və vətəndaşlara göstərilən tibbi xidmətlərdə verdikləri töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsi kimi vurğulanıb.
İclasda çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanası-nın direktoru Natiq Əliyev 2025-ci il ərzində xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlər barədə ətraflı məlumat verib. O, ötən il ərzində tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, müasir tibbi yanaşmaların tətbiqi, eləcə də tibb personalının peşəkar bacarıqlarının inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Direktor çıxışında xüsusilə vurğulayıb ki, vətəndaşlara göstərilən tibbi xidmətin əlçatanlığının təmin olunması, xidmət keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi və tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması xəstəxananın əsas prioritetləri sırasında yer alır. Qeyd olunub ki, bu istiqamətdə aparılan struktur və təşkilati tədbirlər, komanda işi və institusional yanaşma gələcək dövrdə də davam etdiriləcək.
Natiq Əliyev bildirib ki, qarşıdan gələn ildə qarşıya qoyulan hədəflərə nail olmaq üçün kollektivin birlik və həmrəylik şəraitində, daha böyük əzmlə fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.
İclas zamanı xəstəxananın əməkdaşları da çıxış edərək öz fikir və təkliflərini səsləndirib, iş prosesinin daha da səmərəli təşkili, xidmət keyfiyyətinin artırılması və daxili əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Səsləndirilən təkliflərin diqqətlə dinlənildiyi və gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.
Sonda Natiq Əliyev bütün kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edərək, hər kəsə möhkəm cansağlığı, peşəkar uğurlar və yeni ildə daha böyük nailiyyətlər arzulayıb.
Oxunub: 159
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az