İdmanın parlaq nümayəndələrindən biri olan Vahid Dəmirovun müəllifi olduğu “Kodokan texnikalarının təsnifatı” adlı kitab işıq üzü görüb.



İdmanın parlaq nümayəndələrindən biri olan Vahid Dəmirovun müəllifi olduğu “Kodokan texnikalarının təsnifatı” adlı kitab işıq üzü görüb. 
Nəşr cüdo idman növünün təlim, texniki və metodiki əsaslarına həsr olunub.
Kitab İmza Nəşriyyatı Evi tərəfindən çap edilib. Nəşrə məsul şəxs Səbuhi Aslan, dizayner isə Nigar Sadıqovadır. Müəllif Vahid Dəmirov peşəkar cüdo mütəxəssisi, BCF akademiyasının məzunu və Kano Cüdo Klubunun baş məşqçisidir.
Kitabın əsas üstünlüklərindən biri onun zəngin vizual materiallarla təmin olunmasıdır. Nəşrdə çoxsaylı şəkillər yer alır, cüdonun izahı verilir, fəndlərin adları göstərilir, onların icra qaydaları mərhələli şəkildə izah olunur. Bu yanaşma idmançıların və məşqçilərin qısa müddət ərzində konkret fəndlərə yiyələnməsində mühüm rol oynayır və təlim prosesini xeyli asanlaşdırır.
Qısa zamanda oxucular arasında böyük maraq qazanan kitab cüdo ilə məşğul olanlar üçün dəyərli vəsait hesab olunur. Eyni zamanda bu nəşr Şamaxı idmanı və Şamaxı ictimaiyyəti üçün xüsusi rezonans doğuran bir hadisədir. Çünki bir məşqçinin öz bilik və təcrübəsini kitab halına salaraq gələcək nəsillərə hədiyyə etməsi nadir və təqdirəlayiq nümunədir.
Bu kitab Şamaxının təkcə bu günün deyil, həm də qədim idman ənənələrinə malik bir torpaq olduğunu bir daha sübut edir. Qeyd edək ki, kitabın təqdimat mərasimi bu həftənin 5-ci günü Şamaxı Gİ inzibati binasında keçiriləcək və tədbirin idman ictimaiyyətində böyük maraq doğuracağı gözlənilir.

Oxunub: 198
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az