Bir vaxtlar insanlarla elə danışırdım ki, sanki hamımız eyni serialın əsas qəhrəmanlarıyıq. Salamlar səmimi, gülüşlər limitsiz, qardaş sözünün istifadəsi isə gündə minimum üç dəfə olurdu. Sonra başa düşdüm ki, bu münasibətlər serial yox, reklam fasiləsi imiş. Nə qardaş nə sirdaş ?
Məlum oldu ki, dostluq bizdə iki növü var;
1. İşim var, mənə lazımdır dostluğun
2. Artıq işim bitdi, nə dostluq.
Birinci mərhələdə hamı çox mədənidir. Telefonun susmur, çaylar sənlikdir, sən olmasaydın mən batardım cümləsi tez-tez işlədilir. Amma sən bir gün mənim də işim var deyən kimi sistem səni avtomatik köhnə əlaqələr qovluğuna atır.
Əvvəllər elə bilirdim ki, insanlar səni olduğun üçün sevir. Sən demə, çoxları səni ehtiyac siyahısında saxlayırmış. Lazım olanda aktiv, lazım olmayanda isə deaktiv edirlər. Hətta bəziləri var ki, səni sevmir, sadəcə səndən istifadə etməyi sevir.
Bu həqiqəti anlayandan sonra danışıq tərzim də dəyişdi. Artıq hamıya canım-ciyərim demirəm. Çünki can da yorulur, ciyər də. İndi münasibətlərim daha sadədir, brat ;
- Hörmət varsa, davam var.
-Maraqlar bitibsə, söhbət də bitir.
Ən maraqlısı odur ki, məsafə saxlayandan sonra birdən-birə dəyişmisən deyənlərin sayı artdı. Bəli, dəyişmişəm. Çünki əvvəl hamı üçün var idim, indi isə özüm üçün də varam.
Nəticə olaraq bir həqiqət qalıb ki;
- İnsanlar səni sevirlər…
amma çox vaxt öz xeyirlərini daha çox sevirlər.
Bir sözlə a.... başımdan.
Alxas Məmmədov.