Habil Xanlarov Sumqayıt Dövlət Dram Teatrının tanınmış aktyorlarından biridir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, Sumqayıt sakinidir və bizim yaxın dostlarımızdandır. Habil Xanlarov çox gözəl insan, peşəkar aktyordur. Müxtəlif obrazlarda uğurla çıxış edib və tamaşaçı rəğbətini qazanıb.
Belə incəsənət xadimlərinin daha da çox olmasını, onların auditoriyasının genişlənməsini arzulayırıq. İnanırıq ki, Habil Xanlarov gələcəkdə hələ öz sözünü deyəcək və bizi yeni-yeni tamaşaları ilə sevindirəcək.
Bu yaxınlarda onun iştirakı ilə tamaşa nümayiş olunacaq. Allah qismət eləsə, biz də Habil Xanlarovla həmin tamaşada görüşəcəyik.
15 dekabr, saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrında.
Bütün teatr və incəsənət sevənləri bu gözəl sənət məclisinə dəvət edirik.
Oxunub: 116
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az