Fantastik janrda roman yazmaq qərarı maraqlı və cəsarətli addımdır.






Həmsönbətimiz Mafilə Müntəzir xanımdır.
- Romanınızın ideyası necə yarandı?  Fantastik janrda roman yazmaq qərarı maraqlı və cəsarətli addımdır. Bu ideya sizdə necə formalaşdı, sizi bu istiqamətə yönəldən əsas amil nə oldu?
 - Əvvəla onu qeyd edim ki, türk milli kimliyi, türk tarixi, türk ruhunun gücü, Turan Birliyi mövzu kimi həmişə marağımı çəkib. Elə bu maraq mənim istər sosial şəbəkələr üzərindən, istər yazılı mənbələrdən bu mövzuda olan məlumatları araşdırıb oxumağa sövq edib. Bir gün Facebookda bu mövzuda bir paylaşım diqqətimi çəkdi. Və bu paylaşımdan yola çıxaraq türk kimliyini daha dərindən öyrənməyə başladım. Nəhayət,   əldə etdiyim və mənə birbaşa verilən bilgilərdən yararlanaraq bu mövzuda əsər yazmaq qərarına gəldim. Əsəri belə bir janrda yazmaqda məqsəd  oxucuların, xüsusən, gənclərimizin marağını bu mövzuya cəlb etməkdir. Romanı mistik- realizm janrında yazılan əsər kimi qəbul etmək daha düzgün olardı.
-  Yaradıcılıq prosesində sizə texniki və ya yaradıcı dəstək göstərən olubmu?                 
- Belə əsərlər üzərində işləyərkən bəzən həm peşəkar, həm də mənəvi dəstək çox önəmlidi. Siz bu romanı hazırlayarkən kimlərə güvəndiniz, sizə kimlər yardım etdi?
 - Mən yaradıcılığa çox gec, həm də şeirlə başlamışam. " Çocukla zaman yolçuluğu" romanı  yazdığım ilk iri həcmli nəsr əsərimdir(  Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevə ithaf etdiyim ikinci romanım- "Qəhrəmanlığın Elyar zirvəsi" romanı artıq iki dəfə nəşr olunub). Əsəri yazan zaman  bu mövzuda araşdırmalarımdan, mənə birbaşa verilən bilgilərdən, fikir birliyində olduğum dostların məlumatlarından və özümün təxəyyülümdən yararlanmışam. Nəhayət, belə bir fikir yarandı ki, niyə  biz türklərin qeyri- adi gücə malik olan, zamanda keçmişə və gələcəyə yolçuluq edə bilən, dünyada baş verən hadisələrə birbaşa müdaxilə edə bilən bir qəhrəman obrazı olmasın?  Bu fikirlə, "mən bütün türk  insanlarının övladıyam"-deyən Çocuk obrazı yarandı. PAROL: OIO ( SIFIR BİR SIFIR) kitab seriyasından olan birinci kitab-  "Çocukla zaman yolçuluğu"  kitabı  "Elm və təhsil" nəşriyyatında nəşr olunub. Yeri gəlmişkən nəşriyyatın əməkdaşlarına təşəkkürümü bildirirəm.
- Oxucular üçün maraqlıdır: romanınız ümumilikdə nədən bəhs edir? 
 -Əsərin süjeti, qəhrəmanları və hadisələr xətti barədə qısaca məlumat vermənizi  istərdik. Bu romanla oxucu hansı dünyaya səyahət edir?  
-  Hadisələr sivilizasiyanın inkişafına görə bizdən 5500 il öndə olan Göy Türklərinin yaşadığı Ötüken planetindən bu günkü dünyamıza gələn Çocuk adlı Göy Türkünün Gülcə adlandırdığı Azərbaycanlı türk qızı ilə əlaqə qurması ilə başlayır. Bu tanışlıq Gülcənin həm türk kimliyi haqqında yeni bilgilər əldə etməsinə, həm də yeni insanları tanımasına səbəb olur. Əsərin digər obrazları arasında Çocuk tərəfindən seçilmiş, Göy Türkləri haqqında bilgilər verilmiş qəhrəmanlar da yer almaqdadır. Gülcəyə isə bu bilgilər O l O ( SIFIR BİR SIFIR) parolu ilə ötürülür.   Çocuk zaman yolçuluğuna belə götürdüyü Gülcəyə düşünə yolu ilə bilgilər ötürərək, zaman keçdikcə onun düşüncəsini belə dəyişir . Bu romanla oxucular həm də Göy Türklərinin yaşadığı Ötüken planetinə səyahət edəcək,oradakı tamam başqa bir sivilizasiya ilə tanış olacaqlar.
 -Əsərin ideyası və məqsədi nədən ibarətdir?
   -Roman vasitəsilə oxucuya hansı mesajı çatdırmaq istəmisiz? Əsərin əsas ideya xətti və müəllif kimi demək istədiyiniz söz nədir?
   - Əsərin ideya və məqsədi Göy Türklərinin kimliyini oxuculara çatdırmaqdır. 
   Roman vasitəsilə çatdırmaq istədiyim mesaj: öz milli  kimliyinə dönməklə, türk ruhunda kodlaşan güclə tanış olmaqla, ondan yararlanmaq mümkündür. Müəllif kimi demək istədiyim budur: Yer türklərinin əcdadı olan Göy Türkləri kimliyini, nə üçün yaradıldıqlarını  unutmadıqları üçün hüdudsuz gücə, bilgiyə sahibdirlər, lazım gəldikdə hətta dünyada cərəyan edən hadisələrə belə müdaxilə edə bilirlər, türk millətinin çətin anlarında yerə enərək onların yanında yer alır, güclərinə güc qatırlar. Bizim- bu gün dünyamızda yaşayan yer türklərinin sələfləri belə bir gücə sahibdirlər.

Sizə uğurlar.

Oxunub: 347
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az