Bizdə toy deyilən bir şey var ki, sanki dünya xalqlarının içində yarışa girmişik.
Kim daha çox israf edəcək, təbii biz.
Kim daha çox səs-küy salacaq, oda biz.
Kim daha çox adı gəlib-getməyən adamı yığıb zala soxacaq, biz.
Əsl yarış budur.
Zalın içindəki səs bombası yerləşir. Akustik mədəniyyətimiz yoxdur.
Toyda musiqi var haa...
Musiqi yox ee, zaldakı insanların qulağını sıradan çıxarmaq üçün sınaq var. Didjeylər, manıslar, müğənnilər elə bilir ki, burda adam yoxdur, sanki kosmosa siqnal göndərir.
Toydan çıxanda insanlar iki yerə bölünür, qulağı batmışlar, batmamış kimi göstərməyə çalışanlar. Toydan sonra adam elə olur ki, qulağı elə bil sistem yeniləməsi edir, 10 dəqiqə heç nə eşitmir. Amma yenə də hamı gözəl toy idi deyir. Nə desin, qulağım getdi deyə bilməz axı. Yersiz adamların toy əvət olunmasına ayrı bir acgözlükdür.
Bizdə toy dəvəti elə bil açıq sərgidir. Hamı öz tanımadığı-tanınmadığı, iş yoldaşı, iş yoldaşının baldızı, baldızının bacısının əri, hamını sürüyüb gətirir.
Adam toyda olanda düşünür ki;
-Mən bunlardan kim tanıyıram.
Sonra ayılıb görürsən ki, heç kim.
Toyda masaya baxırsan, elə bil deportasiya olunmuş xalqlar toplanıb, 8 nəfər, biri bir yandan, biri bir yandan. Əla millətlərarası toy.
Üç oğlu olan sənə qarşı toy üstünə toy hücumu çəkir.
Əsas satira isə burdadır ha..
Birinin bir oğlu var, adamın fikri rahat, yükü də yüngül.
Bir də var o biri, maşallah üç oğlu, üç toy, üç çaldırılan zurna, üç dəfə qardaş gəlin. Hamısında səni cığırın.
Ən gülməlisi nədir?
Sən qıraq adamsan, birinci toya gedibsən, adam səni bütün toylarına avtomatik siyahıya salıb.
Deyirsən ki;
-Qardaş, mən səni bir dəfə çağırmışam, sən məni niyə üç dəfə çağırırsan?
Deyir ki;
-Qohumuq daaaa.
Əşi qohumdun nə olsun? Qohumluq ağlı susdurur deyə hər dəfə zala girməliyəm? Qohum fərli qohumdursa, adamın sözü başa düşər, yersiz zəng eləməz. Qohumun da qohumu var, biri insandır, biri də ancaq gəl, toydu mesajı atır. Abırsız qohum.
Toy israfçılığı, məhəllənin qürur məsələsi deyil ha.
Bizdə toy günü elə bil saray tikintisi yarışıdır.
-Qapıda 3 ton fişəng,
-İçəridə 12 minlik işıqlandırma,
-Çöldə 2 dana kəsilib.
- İçəridə 250 nəfərdən 180-i tanımırıq.
Mən kənd toylarına baxıram, adamlar az-xərclə böyük sevinc yaşayır.
Şəhərdə isə nə qədər borca batırsan-bat, vacib olan təəssüratdır, toyu yaxşı elədi.
Daha sonra gəlir təhsil məsələsi.
Toyda səs-küy, israf, 300 manatlıq buket, 400 manatlıq tort… ama uşağı sabah hazırlığa qoymağa pul yoxdur.
Toy üçün nə lazımdı, tapılacaq, təhsil üçün şərait yoxdur.
Bu da bizim sosial məntiqin tərs palapartısı.
Nəticə, toyların gizli qaydası olmalıdır.
Bu ölkədə toyun bir qaydası var:
- Səs-küy nə qədər çoxdursa, bir o qədər güclü toydir.
Yersiz adam nə qədər çoxdursa, bir o qədər şan-şöhrətdir.
Oğlu çox olanın dəvəti, qaçılmaz təqibdir.
Qohumluq, məntiği öldürən sehrdir.
Toyların bu israf, səs-küy və “borc dəvət” sistemi belə davam etdikcə, ən çox ziyanı qulaqla birlikdə insan münasibətləri görəcək.
--------------------------------------------------------------------------------------------------------------
Cəmiyyətdə ən çox narazılıq doğuran hallardan biri insanın zəhmətinin, alın tərinin qarşısının kəsilməsidir. Bir çoxları düşünür ki, kiminsə haqqını yeyib, ona maneələr yaradıb, yaxud öz mənfəətini təmin etməklə qısa müddətli qazanc əldə edə bilər. Amma həqiqət dəyişmir, haqsız qazanc heç zaman bərəkət gətirmir.
İnsan bəzən düşünür ki, mən yaxşı edirəm, ya da bunu görənlər onsuz da hamı belə edir deyə özünə haqq qazandırır. Halbuki, bu yanaşma sağlam deyil. Haqqı tapdalanan birinin ürəkdən dediyi bir söz belə, illərlə çəkilən zəhmətdən daha güclü ola bilir.
Bəzi insanlar elə təsəlli tapırlar ki, haqsız yolla aldıqları o pulu rahatlıqla xərcləyə biləcəklər. Amma tarix də, həyat da göstərir ki, haqqla gəlməyən qazanc nə sahibinə xoşbəxtlik gətirir, nə də xeyir. Qazanılan şey sadəcə bir rəqəmdir, içi boş, dəyəri olmayan.
Burada əsas mesaj budur ki, kimin payına haram qarışıbsa, onun heç vaxt xeyrini görə bilməz.
Nə qədər gizlədilsə də, nə qədər haqqa zidd səbəblərlə əsaslandırılsa da, nəticədə belə qazanc insanın qarşısına çıxır , bəzən öz həyatında, bəzən ailəsində, bəzən də başqa bir imtahanda.
Ümid edək ki, hər kəs bu həqiqəti görər.
Halalın azı haramın çoxundan üstündür.
Və nə əldə edirsinizsə, sizə gerçək mənada xeyir gətirsin, başqasının haqqı hesabına yox, öz zəhmətini.
zlə.
Alxas Məmmədov.