
Fransa “Leclerc” tanklarının istismar müddətini uzatdı.
Avropa tədricən “MGCS” (Main Ground Combat System) proqramı çərçivəsində “Eurotank” tankının yaradılmasına doğru irəliləyərkən, Fransa tanklarının istismar müddətini daha 10 il uzatmışdır.
“Nexter System” şirkəti Fransa Silahlı Qüvvələrində istismar edilən “Leclerc” tanklarına texniki qulluğunu göstərilməsi üçün yeni bir müqaviləyə imza etmişdir.
Beləliklə, 31 mart 2021-ci il tarixində Fransa Silahlı Qüvvələri Nazirliyi (fr. Ministere Des Armees) “Leclerc” əsas döyüş tanklarına texniki dəstək məqsədi ilə 1 milyard avrodan çox dəyəri olan 10 illik bir müddətə müqavilə bağladığını elan etmişdir.
Nazirlik tərəfindən yayılan məlumatlarda müqavilənin idarəetməni, ehtiyat hissələrinin təchizatını, sənədləşməni, texniki nəzarəti və texniki dəstəyi nəzərdə tutduğu qeyd olunur.
Bu müqavilə, əslində, 2009-cu ildə imzalanmış və tədarük zəncirinin idarəedilməsi, inventarlaşdırma və dəstək vəzifələrini tək bir xidmət təminatçısına həvalə etmək üçün imzalanmış və dəyəri 900 milyon avro olan ilk "şaquli" müqavilənin davamıdır.
Beləliklə, “MGCS” proqramının iştirakçıları yavaş-yavaş "Eurotank"ın yaradılmasına doğru irəlilədiyi bir zamanda, Fransa “Leclerc” əsas döyüş tanklarına etibar etməyə davam edəcəkdir.
Məlumat üçün
“Leopard 2” və “Leclerc” tanklarının varisini inkişaf etdirməyi planlaşdıran MGCS proqramı, Almaniya ilə Fransa (və indi də ehtimal ki, Böyük Britaniya) arasındakı sənaye əməkdaşlığının vacib bir sahəsidir.
Yeni Avropa tankı pilotsuz platformalarla qarşılıqlı əlaqədə olmaq, yeni nəsil silahlardan istifadə etmək və s. kimi imkanlara sahiblənməklə, gələcəyə bir sıçrayış olmalıdır. Müəəllif Polkovnik Əhəd Əzizov.