Qaşim Maqomedov çətin və gərgin mübarizə nümayiş etdirərək bürünc medala layiq görülüb.
 
Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov çətin və gərgin mübarizə nümayiş etdirərək bürünc medala layiq görülüb.İdmançımız medala gedən yolda  Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Dünyanın ən güclü idmançılarına qarşı əzmkar çıxışı ilə fərqlənən Qaşim Maqomedovu təbrik edir, daha da yüksək nailiyyətlər arzulayırıq!
Oxunub: 68
 
 
 
 
 
 





















 
