Alxasdan.....



Vur qaqam, amma sağlığın sayın say..
Deyəsən bizikilər bu dəfə baş ağrısını tənzimləməyə qərar verib. Alkoqollu içkilərə minimum satış qiyməti tətbiq olunub:
- 0,5 litr — 9 manat 50 qəpik
- 0,7 litr — 12 manat 42 qəpik
- 1 litr — 16 manat 73 qəpik.
Bu  2 yada 3 qəpik lap yerinə düşdü,  satıcı qalığı verə bilməyəcək, alıcı da deyəcək ki, halal etmirəm bu haramı qaqa, sənə qurban pulmun qalığın ver..
Onsuz da o 2 yada 3 qəpiklə nə alacaqdıq ki, kibrit də elə onun yerinə. İçən də içib soruşacaq ki; -Haralısan,  deyən kimi, biri cavab verəcək: “Kibriti yandırım, oradan tanı.
Deməli, indi alkaş olmayacaq, imkanlı spirt qəbul edən olacaq. İçkisini də qaldıranda deyəcək ki;
- Mən araq içmirəm, iqtisadiyyata sərmayə qoyuram.
Əvvəl pivə içən deyirdilər, indi investor deyəcəklər. 
Yəni, bir qurtumun da minimum qiyməti var artıq, amma maksimum kef hələ pulsuzdu.
P.S- İçməsəniz lap yaxşı olar....

--------------------------------------------------------------------------------------------------------------------------------

“Yaltaq” deyil, sadəcə şükürçü”
- Son vaxtlar bəzi dostlar deyir ki, yaman yazırsan, Alxas. Mən də gülümsəyirəm, çünki doğrudan da son vaxtlar artıq iki ildir, helə yazıram. Görünür, əməliyyatın təsiri uzunömürlü oldu, qorxaq oldum, diqqətcil oldum, bir az da həssas. Elə bil, bu əməliyyat məni insan elədi. Əvvəl bir az sərt baxırdım həyata, indi isə toyuq kimi hər səsdən diksinirəm, amma olsun, hər şeyin bir xeyri var.
Əvvəllər bir az narahat və davakar idim, indi evdə oturub öz fikirlərimlə çay içirəm. Vallah, billah, necə oldum, özüm də bilmirəm. Amma sağ olsun cəmiyyətim, elə negativ hallar, elə mövzu verir ki, gəl görəsən. İnsanlar var ki, sanki beynimə sponsorluq edirlər. Onların sayəsində yazılarımın beyni işləyir. Mən də otururam, yazıram, oxuyuram, sonra deyirəm, vay, bunu mən yazmışam. Şükür Allaha, bəzən özümə də təəccüblənirəm. Əsas yazılarım satiradı. Birdə yaxşı insanlar. Düzdür pislər barəsində yazada bilərəm. Amma söyüşlə.
Yazılarımın bir qüsuru var ki, yadımda qalmır. İki-üç gün keçir, elə bil beynimdə müddət bitdi siqnalı yanır. Kimsə deyir, ay Alxas, belə bir yazı yazmışdın, mən də deyirəm ki,  doğrudan. Açıb baxıram, görürəm, vallah, yazmışam. Bəlkə bu da əməliyyatın yan təsiridir, bilmirəm. Amma fərqi yoxdur, əsas odur ki, yazım var, ruhum yaşayır.
Bəziləri isə yazılarımı oxuyub deyir ki, bu, yaltaqdır.  Əhsən, sənin tərbiyənə. Belə elmi nəticə çıxarmaq üçün psixoloq olmağa da gərək yoxdur. Amma mənim yaltaqlığım belədir ki, kiməsə həyatda  salam vermişəmsə, birgə işi olubsa, kiminsə yaxşı işini görmüşəmsə, onu qeyd edirəm. Deyəsən, indi dünyada yaxşı söz demək üçün diplom, tənqid etmək üçünsə lisenziya lazımdır.
Amma olsun. Mən yaltaq deyiləm, sadəcə şükürçüyəm. Kimsə yaxşı iş görürsə, mən şükürlə yazıram. Bəziləri elə bilirlər ki, əzizlərinə sağ ol deyən də yaltaqdır. Düzdür, hərənin bir tərbiyəsi var. Kimisi yaxşılığı yadında saxlayır, kimisi isə bloklayır.
Nəticəm budur ki, mən yazıçı deyiləm, mən sadəcə sosial şəbəkələrdə aktiv bir  insanam. İndi bir az qorxaq, amma çox şükürçü insan..

------------------------------------------------------------------------------------------------------------------------------------

Eşşək haqqında bilmədiylərimiz, insanlarda gördüyümüz. Birinci epizod.
Eşşək bioloji bir varlığdı. Sakit, təvazökar, amma yaddaşlı. O qədər yaddaşlıdır ki, bir dəfə getdiyi yolu illər sonra da səhvsiz tapır. Ona görə də onu dəvə karvanının qabağına qoyardılar. Bunuda kim edir, insan. İndi biz insanları düşünək ki, on dəqiqə əvvəl dediyini unudan, səhər and içib axşam təkzib edən bir növ, bəziləri, biz deyilik ? . Bəlkə də bəzilərin də karvanın qabağına qoymaq lazım idi, amma düz yolla deyil, düz dağla gedərdi. Düz  öz dünyasının  o biri başına.
Eşşək aclığa və susuzluğa dözür. Tikanlı bitkiləri yeyir, şikayət eləmir. Amma adam var, dilinin duzu az olsa, sosial şəbəkədə  üç dəfə  pozğun post yazır, beş nəfərdən aldığı cavaba görə  blok edilir. Eşşəyə bir ovuc ot ver, xoşbəxt olur. Nankora beş  otaqlı ev ver, deyəcək ki; - Qonşunun pəncərəsi niyə böyükdür.
Qədim şumerlər eşşəyi döyüş arabalarına qoşub irəli buraxırdılar. Cəsarətli heyvandır, qorxmur. Bizim bəzi cəsurlar, yazdığları komentə görə  isə evdən çıxanda  qorxurlar. Şumerin eşşəyi cəbhəyə gedirdi, bizim eşşəy idə iş verməyə. Kişi kimi gedir, deyir ki haqqımı tələb edirəm.
Eşşək yaxşı mühafizəçidir,  sürünü çaqqal, tülkü kimi yırtıcılardan qoruyur. Amma bəzən elə insanlar görürsən ki, tülkünün yanında mələk kimi qalır. İndi təsəvvür elə ki,  bir eşşək bəlkə əlli qoyunu qoruyur, amma bir ağıllı insan bəzən əlli dostunu bir söz, hərəkəti ilə məhv eləyir.
Eşşək güclüdür, dözümlüdür, fasiləsiz on  saat işləyir. At öz çəkisinin yarısını daşıyırsa, eşşək ikiqatını. Bəziləri isə iki saat xeyriyyəçi işi işləyəndən kofe aparatına dirənirik. Hələm, mən çox yorulmuşam deyir..

----------------------------------------------------------------------------------------------------------------------------

Eşşək barəsində fəlsəfi baxışlarım. Epizod- 2.
Uzunqulağa azacıq diqqət müqabilində sahibinə bağlanır. Amma bizdə elə adamlar var ki, nə qədər diqqət göstər, yenə də dişlərini ağardıb, mən sənə heç nə borclu deyiləm deyir. Maraqlısı odur ki, eşşək atdan ağıllıdır, bu cümlə bəzilərinə çox ağır gələcək, ona görə də təbii ki, onlara aid deyil… Yəni, bəlkə bir az. Yəni, çox da yox. Yəni… tam olaraq.
Amma bax, eşşəyin mənfi cəhətləri də var ki,  tərsdir, toz görəndə yıxılıb ağnayır, suya girmir. Yaxşı baxanda, bu xüsusiyyətlər elə bir çox tanışlara da doğmadır, biri tərsliyini prinsipiallıq adlandırır, biri toz qalxanda dərhal mənim haqqımda pis danışıblar moduna keçir, biri də suya girmir, çünki üzə bilmir, amma sahildə hamıya üzmə dərsi verir.
Zooloji fakt maraqlıdır, eşşək özünüqoruma instinktini saxlayıb. Yəni, yüklə onu boğmaq istəsən, tərpənməz. Əgər insanlarda da bu instinkt olsaydı, çoxu illərdir həyat yüklərini  altında sürünməzdilər.  Amma bizdə haqsızlığa, rəsmi yox demək tərbiyəsizlik sayılır. Eşşək isə elə rahat deyir ki, yox, bu yük mənlik deyil. Və yaşaya-yaşaya da ikiqat çox yaşayır.
Tozda ağnamağı ? O, özünə qulluq edir. Bizimkilər isə bir az toz görəndə başlayır, ay, bu ağır işdir, mənlik deyil. Allergiyam tutdu, ay şərait yoxdur. Halbuki eşşək tozda kef edir, parazitlərin öldürü və sağlam  yaşamağa davam edir. Sən hələdə heçnə etmədən yüz minlik iş axtarırsan.
Suya girməməyi ? O, üzə bilmir və bunu da bilir. Amma bəzi adamlar var ki, nəinki üzə bilmir, hələ suyun dərinliyində başqalarını da dartır.
Hə,  gəldik ən incə yerə, gözləri muncuq kimi, dişləri bizim şou ulduzlarınınkından ağ, baxışlarıda onlardan saf. Bu qədər saf gözlə baxan bir varlığa eşşək deyirik. Amma bunların əməlinə baxıb eşşək desək bizə paz vurarlar. Amma biri səni aldatdı, satdı, danladı, yenə də ona qardaş deyirsən. Deməli, problem eşşəkdə deyil, insanın müqəddəs loyallığındadır..
Belə bir nəticəyə gəldim ki;
- Eşşək həmən uzunqulağ, sıpa, qoduğ bəzilərindən daha müdrikdir. Çünki onlar heç vaxt öz gücündən artıq söz yükü daşımır, dincəlmək istəyəndə, qorxudan utanmır, özünü nankorlara qurban edmir. Bəziləri isə çox vaxt mən bacararam deyib həm özünü, həm də ətrafı yorur.
Ona görə də, çox yaşamağın sirri sadədir;
- Uzunqulağ kimi inadkar olun, amma insan kimi axmaq yox.

Alxas Məmmədov.







Oxunub: 87
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az