Şamaxı Olimpiya Mərkəzinin ikiqat uğuru.



Şamaxı Olimpiya Mərkəzinin ikiqat uğuru.
Azərbaycan Taekvondo Federasiyasının və “Ümid” və “Alpan” Taekvondo klublarının təşkilatçılığı ilə Sumqayıt Olimpiya Mərkəzində beynəlxalq açıq turnir keçirilib. Yarışda Azərbaycan, Özbəkistan, Qazaxıstan və Gürcüstan komandaları iştirak ediblər.
Bu mötəbər turnirdə Şamaxı Olimpiya Mərkəzini təmsil edən iki nümayəndəsi,  hakim Xanım Osmanova və idmançı Lalə Haydımova uğurlu nəticə ilə yadda qalıblar.
Turnirdə ədalətli və peşəkar idarəçiliyinə görə Xanım Osmanova nümunəvi hakim  seçilərək fərqlənib. Eyni zamanda, mərkəzin istedadlı idmançısı Lalə Haydımova 68+ kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Bu iki nailiyyət Şamaxı Olimpiya Mərkəzi üçün böyük qürur və növbəti uğurlu nəticədir. Hər iki nümayəndəni təbrik edir, gələcək fəaliyyətlərində daha böyük zirvələr arzulayırıq.
Turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, hakimlər kolleqiyasının sədri Gündüz Abdullayevə, eləcə də “Ümid” və “Alpan” Taekvondo klublarının rəhbərliyinə İlkin və Zahid müəllimlərə təşəkkürümüzü bildiririk.

Oxunub: 91
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az