“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.




“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi vətəndaşları “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasına dair sorğuda iştirak etməyə dəvət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi “Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması” ilə bağlı strateji göstərişin icrası məqsədilə nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb. Bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.

Oxunub: 355
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az