İrad bildirmək yoxsa haqqa girmək.
İlk növbədə, mənə yazılarımda dəstək olan, oxuyan, diqqətdə saxlayan hər kəsə təşəkkür edirəm. Mənim üçün əsas məsələ, kiminsə yazımı oxuyub-oxumaması deyil. Əgər kiminsə oxuduğu yazıdan nəsə götürməsi, düşünməsi, nəticə çıxarması mümkündürsə bu, mənim üçün ən böyük qazancdır.
İrad bildirənlərə də təşəkkür edirəm, amma əsas odur ki, irad haqqla bildirilsin. Mən heç kimdən asılı deyiləm, azad bir insanam. Yazdıqlarım mənim şəxsi fikirlərimdir və əsasən satirik məzmun daşıyır. Mənim məqsədim kimisə tənqid etmək deyil, cəmiyyətin problemlərinə işıq salmaqdır.
Mən nə yazıçıyam, nə də şair. Sadəcə sosial aktiv bir insanam. Sosial şəbəkələrdə gördüyüm problemləri, diqqətəlayiq hadisələri işıqlandırıram, insanlarla bağlı məlumat toplayıb paylaşır, ictimai diqqətə çatdırıram. Əgər həyatımda baş verən bir hadisə varsa, onu da gizlətmir, yazıram. Amma heç kim deyə bilməz ki, mən yaltaqlıq etmişəm. Əksinə, yaltağı o qədər tanıyıram ki, yaltaqlığın nə olduğunu da yaxşı bilirəm. Mənim kiməsə təşəkkür etməyim, onun yaxşılığını deməyim yaltaqlıq deyil bu, sadəcə insanlıq borcudur. Əgər kimsə mənə yaxşılıq edib, mən də onun əməyini işıqlandırıramsa, bu, minnətdarlıqdır, tərif deyil. Mənim məqsədim isə sadədir, doğrunu demək, haqqı qorumaq və insanları düşündürmək.
Alxas Məmmədov.
Oxunub: 58
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az