Azərbaycan adı hallanan Hollivud və beynəlxalq şpion filmləri.




Azərbaycan adı hallanan Hollivud və beynəlxalq şpion filmləri.
1. The World Is Not Enough (1999)
Janr: Şpion trilleri, aksiyon
Rejissor: Michael Apted
Baş rol: Pierce Brosnan Azərbaycanla əlaqə, Bakı neft mədənləri və Xəzər regionu əsas məkandır.
Film sadəcə casusluq, neft şirkətləri və təhlükəli missiyalar üzərində qurulub. Azərbaycan burada “enerji mənbəyi” kimi təqdim olunur, amma əsas diqqət Bondun tapşırığı və intriqaya yönəlib.
Qeyd: Bakı – film tarixində ilk dəfə “Bond xəritəsində” görünür.
2. The Gray Man (2022)
Janr: Casus, triller, aksiyon
Rejissor: Russo qardaşları (Avengers seriyasından tanınırlar)
Baş rol: Ryan Gosling, Chris Evans, Ana de Armas.
Azərbaycanla əlaqə, filmin süjetində Bakı və Qafqaz regionu “istiqamət nöqtəsi” kimi qeyd olunur.
Film sırf casusların bir-birini izləməsi, gizli məlumatların yayılması və qaçış səhnələri üzərində qurulub. Azərbaycan, sadəcə coğrafi bir keçid nöqtəsi kimi işlənib.
3. Attack on Baku (1942, Almaniya)
Janr: Hərbi-şpion filmi
Rejissor: Fritz Kirchhoff
Baş rol: Heinz Engelmann
Azərbaycanla əlaqə, film II Dünya müharibəsi dövründə Bakı neftinin Almaniya üçün strateji əhəmiyyətindən bəhs edir, film neft obyektlərini ələ keçirmək uğrunda kəşfiyyat və sabotaj missiyası kimi dəyərləndirilə bilər. Klassik casus filmlərinin başlanğıc nümunələrindəndir.
4. The Spy Who Dumped Me (2018)
Janr: Komediya–triller
Baş rol: Mila Kunis, Kate McKinnon
Azərbaycanla əlaqə, filmin beynəlxalq səhnələrində “Bakı” bir tranzit şəhər kimi xatırlanır.
Burada Azərbaycan yalnız fon rolundadır, əsas vurğu qadın casusların komik və təhlükəli səyahətlərinə yönəlib.
5. Sky Captain and the World of Tomorrow (2004)
Janr: Elmi-fantastik, şpion trilleri
Baş rol: Jude Law, Angelina Jolie
Azərbaycanla əlaqə: Ssenaridə “Bakı yaxınlığında itkin ekspedisiya” ifadəsi yer alır.
Azərbaycan sadəcə xəritə üzərində qeyd olunur. Filmin ideyası, qlobal sirr və texnoloji casusluqdur.
Hollywood və Qərb filmlərində Azərbaycan əsasən, neft və enerji mənbəyi (Bond filmi kimi),
Casusların keçid nöqtəsi (The Gray Man kimi),
Geostrateji bölgə (Attack on Baku kimi)
kimi təqdim olunur.
Bu filmlər sadəcə şpion, gərginlik və hərəkət trilleri kimi baxıla bilər yəni, Azərbaycan daha çox hadisələrin keçdiyi maraqlı coğrafiya kimi görünür.
Hazırladı Alxas Məmmədov.

Oxunub: 72
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az