“Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir”
“Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir”Bunu “Anadolu” agentliyinə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.R. Bayramlı bildirib ki, bugünədək 800 min doza vaksin tətbiq edilib. 8 milyon insanı vaksinasiyadan keçirmək məqsədilə 16 milyon doza peyvənd üçün müqavilələr bağlanıb. “Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”, - deyə TƏBİB sədri əlavə edib.TƏBİB sədri vaksinasiyadan keçənlərin çox azının koronavirusa yoluxduğunu, ancaq bu şəxslərin xəstəliyi yüngül keçirdiyini və bu qrupda ağır xəstəyə rast gəlmədiklərini sözlərinə əlavə edib.
Oxunub: 192