Şəhid ailə üzvləri ilə görüş keçirilib.



Şəhid ailə üzvləri ilə görüş keçirilib.
27 sentyabr-Anım Günü ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov idarənin tabeliyində faəliyyət göstərən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri ilə görüşüb. Görüşdə idarənin müdir müavini Rahim Novruzov, idarənin əməkdaşları və Rayon Təhsil Sektorlarının müdirləri iştirak etmişlər.
Regional İdarənin rəhbərliyi şəhid ailə üzvləri ilə birlikdə əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad etmişlər.
Görüşdə çıxış edən idarə müdiri ölkəmizin qazandığı böyük zəfərdən danışaraq bu zəfərin Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və şəhidlərimizin qəhrəmanlığı sayəsində qazanıldığını bildirmişdir. Dövlətimizin həmişə şəhid ailələrinin yanında olduğunu xatırladan idarə müdiri Dağlıq Şirvan Regional Təhsil İdarəsinin də daima şəhid ailə üzvlərinə dəstək və kömək olmağa hazır olduğunu bildirmişdir.
Daha sonra çıxış edən şəhid ailələri şəhid olan övladları ilə əlaqəli xatirələri danışaraq onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirmişlər. Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

Oxunub: 39
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az