Toyda həmişə bir qrup “meymun” olur.
Hər nəsildə, hər ailədə, hər cəmiyyətdə belələri tapılır. Bunlar toya gələndə məqsəd qoyurlar ki, 150 araq içəndən sonra meymunluq statusunu əlinə alıb ortalığa düşsünlər. Belə olanda arvad-uşaq yadlarına düşmür, başlayırlar özlərini göstərməyə.
Özlərinə oxşar 3-4 bambılı, dar şalvar, tüklü gədələridə yanına salıb, əllərinə telefon götürüb çəkiliş edirlər. Gözləri qızarmış, burnunun suyu axır, tər iyi, siqaretin iyunə qarışıb, ağzında sel axır beləsinə nə deyəsən. Arvadıda , mat- mətəl buna baxır. Siqareti əllərində gəzdirib, oynayır, bir tərəfdən də özlərini idarə edə bilmirlər. Söyüş söyür, mikrofonu alıb ağzına gələni danışır, musiqi üstündə dava edir. Bunlardan günah yoxdur, günah bunları doğum evindən çıxardanlardadır. Sonra da sosial şəbəkələrdə paylayırlar ki, guya uğur qazanmış kimi görünsünlır. Bəzilər isə, qeyrəti kreditə götürüb sabahsı gün hamıdan küsür ki, məni dayandıraydınız. Ə, toyda dədəbi belə minirdineeee.
Əslində isə həmin an toy sahibinin adına yazılan bir biabırçılıqdır. Yaxşı ki bu il mən toy arada bir getdim.
Həqiqət budur ki, işin içinə girəndə adam özünü memun kimi aparmamalıdır. Köhnə köynəyi ilə rəqs edən, siqaretlə oynayan, özünü idarə edə bilməyən insan ancaq gülüş hədəfi olur. Ona görə də əzizlərim, belə toy memunlarını tədbirinizə çağırmayın, özünüzü də biyabr etməyin. Çünki belə adamlarda nə xeyri , nə də ki, qabiliyyəti olmur.
Alxas Məmmədov.
Oxunub: 34
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az