Velosiped, gündəlik həyatımıza necə qayıtsın?





Velosiped, gündəlik həyatımıza necə qayıtsın?
İndi hər kəs danışır ki, velosiped sürmək həm sağlamlıq üçün yaxşıdır, həm də şəhərdəki sıxlığı bir az da olsa azaldır. Dünya dövlətləri bunu tövsiyə edir, biz də niyə eləməyək?
Velosiped sürmək sadəcə idman deyil. Gənc, yaşlı, qısa məsafələr üçün çox əlverişlidir. Avropada insanlar işə, məktəbə, bazara velosipedlə gedib-gəlir. Bizdə isə bəzən elə düşünürlər ki, bu utanılacaq şeydir amma yox, əksinə, modernlik və praktikadır.
Bir də reallıq var ki,  hamı velosiped sürə bilmir. Mən özüm də yaş və sağlamlıq səbəbindən hər gün sürə bilmirəm. Amma hər kəsə tövsiyə edərəm, qısa məsafələri velosipedlə getmək yaxşı vərdişdir.
Məktəblilər üçün isə əla işdir.
Əsas məsələ,  uşaqların məktəbə velosipedlə getməsi. Şagird sabah-sabah yüngül fiziki fəaliyyət görər, sağlam böyüyər, ailələr də yükdən qurtular. Sadəcə məktəb önündə təhlükəsiz dayanacaq, parkinq, velosiped yolu olsa, iş həll olunar. Problemlər nədədir?
İnfrastruktur yoxdur, yollar, parkinqlər, təhlükəsizlik prosesi çox zəyifdir. Maarifləndirmə dəhşət zəifdir, bəziləri hələ utanmaq fikrindədir.
Bəzi insanlar deyir ki, nə vergi verirlər, nə benzin xərci çıxır, yəni iqtisadi tərəfi də müsbətdir. Fərdi şəxsə və cəmiyyətə də yük düşmür.
Dövlət və yerli idarələr velosiped yolları, parkinqlər qursun.
Məktəblərdə və ictimai yerlərdə maarifləndirmə kampaniyaları aparılsın,  uşaqlara və valideynlərə velosipedin faydaları izah edilsin.
Kiçik təşviq proqramları, ayın velosiped günü, məktəblər arası yarış, təhlükəsizlik dərsləri.
İnsanların fikrini dəyişmək üçün davamlı iş, reklam yox, gündəlik nümunə.
Velosiped bentli qiymətinə yox sərfəli qiymətə olsun. Sualım var,  hanı bəs İsmayıllıda tikilən velosiped zavodu, niyə işləmir ?
Sürmək həm sağlamlıq, həm qənaət, həm də şəhər üçün faydalıdır. Bir az infrastruktur, bir az maarifləndirmə və bir az da şəxsi  cəsarət,  və şəhərimizdə daha çox insan velosipedlə hərəkət edər. Gəlin başlayək, kiçik addımlarla böyük fərq yaradarıq.

Alxas Məmmədov.








Oxunub: 37
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az