Şamaxı THT liseyinin fəxri Nəriman haqqında.
Nəriman bakalavr təhsilini Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Türkiyənin Hacettepe Universitetində alıb. O, karyerasına bir neçə il televiziya müxbiri kimi başlayıb, daha sonra fəaliyyətini təhsil sahəsində davam etdirib.
Sonradan Nəriman tam təqaüdlə ABŞ-ın “University of Minnesota” universitetinə qəbul olaraq “Public Policy” ixtisası üzrə ikinci magistr dərəcəsini almaq imkanı qazanıb.
Mən Nərimanın Şamaxı THT liseyində yaxşı, savadlı və nümunəvi şagirdlərindən biri olduğunu demək istəyirəm. Mən ona dərs demişəm və əminliklə deyə bilərəm ki, Nəriman hər zaman savadlı, tərbiyəli, qanacaqlı, işini bilən və çalışqan bir şagird olub. Ona ürəkdən arzum uzun ömür, can sağlığıdır. Nəriman bizim fəxrimizdir. Bu uğurlu yol təkcə onun deyil, həm də Şamaxı THT qürurudur.
Oxunub: 59