Şamaxı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinatlar olub.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibat işlər üzrə müavini və Keyfiyyətə nəzarət və idarəetmə komitəsinin rəhbəri vəzifəsinə yeni təyinatlar olub.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, 22.09.2025-ci il tarixindən etibarən Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə Cahangir Şıxəliyev təyin olunub.
Müəssisənin Keyfiyyətə nəzarət və idarəetmə komitəsinin rəhbəri vəzifəsinə isə Burxan Həsənov təyin olunub.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev sözügedən vəzifələrə yeni təyin olunmuş əməkdaşları kollektivə təqdim edib.
N.Əliyev hər iki şəxsə uğurlar arzu edərək vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığının təmin olunmasında önəmli rol oynayacaqlarına əminliyini bildirib.
Oxunub: 54