Əzimova Mədinə Nurəddin qızı. Səmimiyyəti və peşəkarlığı ilə seçilən kardioloq.
Həkimlik peşəsi yalnız bilik və təcrübə deyil, həm də böyük ürək, məsuliyyət və insan sevgisi tələb edir. Bu xüsusiyyətləri özündə birləşdirən dəyərli mütəxəssislərdən biri də Əzimova Mədinə Nurəddin qızıdır.
Sifətində həmişə təbəssüm gəzdirən Mədinə xanım həm kollektivdə, həm də pasiyentlər arasında səmimiyyəti ilə seçilir. O, peşəsinə sədaqəti ilə əsl Hipokrat andının daşıyıcısıdır.
Mədinə xanım Azərbaycan Tibb Universitetini bitirmiş, ixtisasını isə kardiologiya sahəsində təkmilləşdirmişdir. Hazırda Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri olaraq çalışır və artıq 20 illik zəngin həkimlik stajına sahibdir. Onun rəhbərlik üslubu həm peşəkarlığa, həm də kollektivdə mehribanlığa əsaslanır.
Pasiyentlərin etimadını qazanmaq, kollektivin qayğısını çəkmək və daim öz biliklərini artırmaq onun əsas həyat prinsiplərindəndir. Geniş dünyagörüşü, dəqiq diaqnostika bacarığı və düzgün müalicə metodları sayəsində o, tibb cameəsində hörmət və nüfuz qazanmışdır.
Əzimova Mədinə xanım həm bir həkim, həm də bir rəhbər kimi insanlara fayda verməyi özünə ali məqsəd seçmişdir.
Oxunub: 59