TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında sentyabr ayı üçün nəzərdə tutulan Tibbi Şuranın iclası keçirilib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə hər ay Tibbi Şura iclası keçirilir.
İclasda Qusar Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru İmran Qurbanov, Baş həkim Əjdər Ağacanov, Direktorun inzibati məsələlər üzrə müavini Zamin Bayramov, şöbə müdirləri, Ailə Sağlamlıq Mərkəzinin müdirləri, Kənd Həkim və Kənd Tibb məntə müdirləri iştirak ediblər.
Tibbi Şuranın sədri Əjdər Ağacanov gündəlikdə duran məsələlərlə bağlı şura iştirakçılarını tanış edərək, iclası açıq elan edib.
2025-ci ilin sentyabr ayı üzrə keçirilən iclasın gündəliyində dörd məsələnin həllinə baxılıb.
Tibbi Şura iclasın gündəliyində duran birinci məsələ "Yeni Patronaj xidmətinin vəziyyəti, çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin hazırlanması" haqqında olub. Bu Məsələ ilə bağlı İSX-nin müdiri Natavan Butayeva məruzə ilə çıxış edib.
İclasın gündəliyində duran ikinci məsələ "Doğum və Ginekoloqiya şöbəsinin 2025-ci ildəki fəaliyyəti" haqqında olub. Doğum və Ginekoloqiya şöbəsinin müdiri Kamilla Qurbanova məruzəni Tibbi Şuranın üzvlərinə və iştirakçılarına ətraflı şəkildə çatdırıb.
Şuranın gündəliyinə duran üçüncü məsələ Köhnə Xudat və İmamqulukənd HM-nin fəaliyyəti haqqında olub.
Məntəqə müdirləri öz çıxışlarında məntəqələrin fəaliyyəti ilə bağlı şura iştirakçılarına məlumat verib.
Tibbi Şuranın gündəliyində duran sonuncu məsələ "Sığorta olunanlara elektron bülleten tətbiqi üzrə çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər" haqqında olub.
Bu barədə Poliklinika şöbə müdiri Aybəniz Əfəndiyeva məruzə ilə çıxış edib.
İclasın sonunda Qusar RMX-sı PHŞ-in direktoru İmran Qurbanov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şöbə və bölmə müdirlərinə ciddi tapşırıqlar verilib.
ASM, Kənd Həkim və Kənd Tibb məntəqələrində monitorinqlərin davam edəcəyini və monitorinqlərin nəticəsinə uyğun olaraq əməkdaşların iş fəaliyyəti qiymətləndirəcəyini bildirib.
Oxunub: 22