Şamaxı Rayon İcra Hakimiyyətinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Ağır Atletika Federasiyasına bir xahişim var.



Şamaxı Rayon İcra Hakimiyyətinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Ağır Atletika Federasiyasına bir xahişim var.
Məlum olduğu kimi, Şamaxının tanınmış idman mütəxəssislərindən biri, ağır atletika idman növünün bölgədə formalaşmasında böyük xidmətləri olmuş məşqçi-müəllim Tərlan Mahmudov bir neçə il öncə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin.  İdmançı, məşqçi, baş müəllim, poverliftinq üzrə idman ustası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1981 ildən fiziki tərbiyə müəllimi işləyir. Çalışdığı dövr ərzində ağır atletika və poverliftinq üzrə idman ustaları, Dünya, Avropa və Azərbaycan çempionları, rekordçuları yetişdirmişdir. Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə müəllim işləmişdir. 
Tərlan müəllim uzun illər Şamaxıda fəaliyyət göstərərək, gənc idmançıların yetişməsinə böyük əmək sərf etmiş, bir çox tələbələrinin beynəlxalq yarışlarda iştirakına səbəb olmuşdur. O, bölgədə ağır atletikanın inkişafında öncül şəxslərdən biri olmuş və həm müəllimlik, həm də məşqçilik fəaliyyəti ilə nümunə göstərmişdir.
Lakin təəssüf ki, bu günə qədər onun xatirəsinə hər hansı bir yarış keçirilməmişdir. Biz hesab edirik ki, belə dəyərli insanları unutmamaq, onların xatirəsini əziz tutmaq həm mənəvi borcumuz, həm də gənc nəslin motivasiyası üçün vacibdir.
Bu baxımdan, hörmətli qurumlardan xahiş edirik ki, Şamaxıda Tərlan Mahmudovun xatirəsinə həsr olunmuş illik ağır atletika turniri təşkil edilsin və bu yarış təqvim planına salınsın. Yarışlarda müxtəlif bölgələrdən gənc idmançıların iştirakı həm onun adını yaşadacaq, həm də ağır atletikanın bölgədə inkişafına töhfə verəcəkdir.
Əminik ki, bu təşəbbüs Şamaxı idman ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanacaq.
Hörmətlə, Alxas Məmmədov.

Oxunub: 106
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az