Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən Xarici İşlər nazirləri Şurasının iclasında çıxış zamanı humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyi qeyd edilmişdir.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərimizin azad edildiyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunduğu vurğulamışdır.
Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilmiş, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığı vurğulamışdır.
Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanata zidd əməlləri tədbir iştirakçılarının diqqətinə çatdırılmış, Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdləri, habelə Ermənistanın indiyədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyi bildirilmişdir.
Oxunub: 240