
TARİX YAZMIŞ AZƏRBAYCAN XALQI.
Yazılmış bu şanlı, şərəfli tarixin müəllifi ata ruhunu daim uca tutan, xalqının xoşbəxt və firavan həyatı naminə gecəli-gündüzlü çalışan ,zəkası ilə dünya siyasətinə meydan oxuyan cənab Prezidentimiz İlham Əliyev və onun komandanı olduğu rəşadətli Azərbaycan Ordusu, onun cəsur əsgər və zabitləridir.
Mən üzümü cənab Prezidentimə -xalqın sevimlisinə tutaraq deyirəm: Əziz prezidentim, Azərbaycanda Ulu Öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Ali Ümumiqoşun Komandirlər Akademiyasını yaratdı. Siz də Ulu Öndərin bu ulu siyasətini şərəflə davam etdirərək bu məktəblərin hüquqi və siyasi bazasını daim təkmilləşdirərək elə bir ordu yaratdınız ki,çürük özüllü erməni ordusu siyasi qulları olduqları ölkələrin hər cür hərbi təminatına baxmayaraq bu Ordunun zərbələrinə tab gətirməyib tarixi torpaqlarımızdan rədd edildilər.Bu tarixi qələbənin təməli Sizsiniz. Siz ali ixtisas təhsilli, dünya hərb elminin bütün nailiyyətlərini mükəmməl bilən peşəkar zabitlər yetişdirməsəydiniz, Siz dünyanın ən müasir silahlarını Ordumuzun arsenalına gətirməsəydiniz biz qələbə çala bilməzdik ,bu şanlı tarix yazılmazdı .
Ordumuzun bütün igid ,qorxmaz əsgər və zabiti Sizin daim ön cəbhədə onlarla birgə olduqlarını görərək güclərinə güc qatdılar ,Vətən naminə, Ana torpaq naminə canlarından keçdilər. Nəticədə erməni faşistləri üzərində tarixi qələbə qazanılaraq əbədilik zəfər tarixi yazıldı. Nə qədər ki, Azərbaycan xalqı var bu tarix gələcək nəsilləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün tarix kitablarımızın səhifələrini bəzəyəcək , bu kitabların səhifələrindən boylanan müqəddəs şəhid çöhrəsi gənc nəslin Vətən sevgisi ilə qanını coşduracaq, Siz isə, Əziz Prezidentim, xilaskar bir ölkə rəhbəri kimi daim məhəbbətlə anılacaqsınız.
Şəki şəhər B.Vahabzadə adına 1 saylı tam orta məktəbin tarix müəllimi Davidova İlhamə
Oxunub: 249
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az