Emin Əmrullayev: "Gündəlik yoluxmaların 4-6 faizini müəllimlər təşkil edir"




Emin Əmrullayev: "Gündəlik yoluxmaların 4-6 faizini müəllimlər təşkil edir"
"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 
Bunu təhsil naziri Emin Əmrullayev bildirib. 
O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizini müəllimlər təşkil edir. 
Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi”.

Oxunub: 362
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az