Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Natiq Əliyevə həvalə olunub.Bu gün TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev Natiq Əliyevi kollektivə təqdim edib. Natiq Əliyev ixtisasca həkim-infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub. 2023-cü ildən hazırki təyinatınadək Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Oxunub: 73