Cənab Prezidentə açıq müraciət.




Cənab Prezidentə açıq müraciət.
 Uzun illərdir Azərbaycanın beynəlxalq aləmdə təbliğinə və informasiya sahəsində haqq səsimizin dünyaya çatdırılmasına böyük töhfələr vermiş nüfuzlu jurnalist və ictimai xadimdir. Təəssüf hissi ilə bildirirəm ki, onun Azərbaycanın işğaldan azad olunmuş Xankəndində  səfəri bəzi dairələrin qısqanclığına səbəb olmuş və nəticədə o, TASS agentliyindəki yüksək vəzifəsindən uzaqlaşdırılmışdır.
Bu, əslində, bir daha göstərir ki, Azərbaycanın haqq mübarizəsinə dəstək verənlərə qarşı düşmən qüvvələr hər vasitə ilə təzyiq göstərməyə çalışır. Lakin biz, Azərbaycan vətəndaşları olaraq, belə fədakar insanlara sahib çıxmalı və onların əməklərini qiymətləndirməliyik.
Mən, bir Azərbaycan vətəndaşı olaraq, Cənab Prezident İlham Əliyevə müraciət edirəm ki: 
 - Zəhmət olmasa, Mixail Qusmanın Azərbaycanın dövlət maraqları naminə göstərdiyi xidmətləri nəzərə alaraq, ona ölkəmizdə layiqli bir vəzifə verilməsini təmin edəsiniz. Bu, həm onun zəhmətinə verilən qiymət olar, həm də ölkəmizə qarşı yönələn qarayaxma kampaniyalarına tutarlı cavab kimi qiymətləndirilər.
Bu, mənim şəxsi fikrim və vətəndaşlıq mövqeyimdir. Ümid edirəm ki, Cənab Prezident bu çağırışa dəstək olacaq.
Hörmətlə,
Alxas Məmmədov.

Oxunub: 44
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az