Osmanov Anar sadəliyini itirməyən ziyalı...




Osmanov Anar sadəliyini itirməyən ziyalı...
Osmanov Anarla uzun illərdir tanışıq. Hələ sıravi müəllim işlədiyi dövrlərdən aramızda qarşılıqlı hörmət və salam vardı. Vaxt keçdi, Anar müəllim rəhbər vəzifəyə irəli çəkildi. Amma bu yüksəliş onun insani keyfiyyətlərinə heç bir təsir göstərmədi. Əksinə, o, əvvəlki kimi sadə, səmimi və təvazökar olaraq qaldı.
Biz birlikdə Şamaxının ilk təhsil yönümlü Feysbuk  profilini yaratmış və idarə etmişik. Anar müəllim işgüzar, təşəbbüskar və təşkiletmə bacarığı yüksək olan bir şəxsdir. Üstəlik, lakonik danışığı ilə hər zaman fikrini dolğun və aydın ifadə edir.
Təsadüfi deyil ki, tanınmış yazıçı Elxan Elatlı da onun əmisidir. Məhz Anar müəllimin dəstəyi ilə Elxan müəllimdən müsahibə almaq şansı qazanmışam. Bu da onun mədəniyyətə və mediaya olan açıq münasibətinin göstəricisidir.
Şamaxıda keçirilən əksər təhsil tədbirlərinin Anar müəllimin zəhməti və təşkili dayanır. O, bu sahədə həm peşəkarlığı, həm də insanlığı ilə seçilir.

Oxunub: 53
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az