Gənc lider Ədalət Qasımov.
Hüquq və cəmiyyət naminə.
Qasımov Ədalət Aqil oğlu Şamaxı bölgəsinin tanınmış Qasımovlar nəslinə olan bir gəncdir. Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada ali təhsilini davam etdirir. Ədalət Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin birinci kurs tələbəsidir. Gənc yaşına baxmayaraq, o, həm fəal tələbə, həm də ictimai fəaliyyətlərdə aparıcı simalardan biridir.
Ədalət Qasımov, Rusiya siyasi sistemində öz fəallığı ilə seçilən "Yedinaya Rasiya" partiyasının üzvüdür. O, partiyanın nəzdində fəaliyyət göstərən Gənclər Parlamentinin 32 nümayəndəsindən biridir. Bu nüfuzlu qurumda yer alan yeganə azərbaycanlı gənclərdən biri olan Ədalət, cəmiyyətə faydalı təşəbbüsləri ilə fərqlənir.
Ədalət Qasımov artıq 30-dan çox ictimai layihənin təşkilatçısı olmuşdur. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr əsasən gənclərin sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasına və sağlam informasiya mühitinin formalaşdırılmasına yönəlib. Ədalət bu istiqamətdə xüsusi qanun layihəsinin hazırlanmasına da təklif edənlərdən biri kimi tanınır. Hazırda bu təklif üzrə nəzarət və təhlil işləri davam edir.
Bundan əlavə, Ədalət Rusiya Federasiyasının güc strukturları ilə əməkdaşlıq edərək hüquqi maarifləndirmə və hüquqi mədəniyyətin yüksəldilməsinə yönəlik layihələrdə də fəal iştirak edir. Bu fəaliyyətlər gənclərin hüquqi biliklərinin artırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ədalətin vətən sevgisi və cəmiyyətə xidmət ruhu onun ailəsindəki tərbiyənin bir göstəricisidir. Onun atası Aqil Qasımov və babası Ədalət kişi Şamaxının tanınmış, nüfuzlu şəxslərindəndir. Bu ailə bölgədə nümunəvi ailələrdən biri kimi tanınır və ictimai-sosial sahədəki xidmətləri ilə yadda qalıb.
Ədalət Qasımov kimi gənclər gələcəyin hüquqşünasları, ictimai liderləri və cəmiyyətin formalaşmasında rol oynayan əsas simalar olacaq. Onun nümunəsi bugünkü gənclərə həm motivasiya, həm də yol göstəricidir.
Oxunub: 66