Bəziləri erkən nikaha girəndə elə pafosla danışır ki, az qalır Nobel mükafatı alsınlar. Soruşuram, niyə belə etdiniz deyir ki, qız öz istəyi ilə. Deməli sən qızına tərbiyyə yox ər axtarmaq öyrətmisən ? Sən demə, 15 yaşında insan həyat təcrübəsi ilə dolub-daşırmış və alışırmış. Fikirləşirəm ki, bunlarda ya təqvim geri qalır, ya da məntiq erkən pensiyaya çıxıb.
Haqq qazandıranlara da rast gəlirəm. Deyir, bacım da 16 yaşında ailə qurdu, indi xoşbəxtdir. Qardaş, kimsə 60 yaşında siqaret çəkib 90-a çatıb deyə, hamıya al, bu da həyatın açarıdır demək olmur axı. Bəlkə bacın xoşbəxtdir, bəlkə də sadəcə danışmır.
Bu ailə işidir, sizi nə maraqlandırır, deyənlərdə var. Amma qanun qapını döyəndə birdən-birə tülkü obrazına girirlər. Danışanda elə bil hüquq məcəlləsini əzbər bilirlər ki, qız onsuz da oxumayacaqdı, qohum evliliyidir, yad yerə getməsin. Yəni bu bəhanələrin hərəsi bir Oscarlıq mükafatdır.
Ay bədbəxtlər, oxudun qızlarınızı. Qız uşağı universitetə getmək istəyir, bunlar evə qonaq çağırıb nişan taxırlar. Elə bil diplom yerinə qızıl bilərzik verilir. Uşaq öz otağında xəyal qurur, valideynlər toy tarixi seçir.
Erkən nikah nədir ? Kimsə, kiməsə tez ərə getməyin təbliği. Deməli, ana ,ata, nənə, baba qız övladına kişi arxatışına sövq edir. Hərənin bir dünya görüşü var. Belədə ki, tüpürüm sizin panyatkanıza. Bu, qız uşaqın üstündən cızmaqla həyat qurmaq cəhdidir. Zəmanə elim tələb edir bunlatda ər... Amma unudurlar ki, öz həyatı olmayanlar başqasının həyat yoldaşı ola bilməzlər. Dərsliyin əvəzinə dodaq boyası, məktəb çantasının yerinə cehiz sandığı. Sonra da deyirlər niyə boşanma çoxalıb.
Alxas.
Oxunub: 63
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az