Bakı və Sumqayıt şahmatçıları arasında onlayn «ZƏFƏR KUBOKU» keçirir.






Bakı və Sumqayıt şəhər Gənclər və İdman Baş idarələri şahmat üzrə 18 yaşadək (2003 və yuxarı) Bakı və Sumqayıt şahmatçıları arasında onlayn «ZƏFƏR KUBOKU» keçirir. Turnir www.chess.com şahmat portalı üzərindən 14 aprel 2021-ci il tarixində saat 19:00-da start götürəcək. Yarış nəzarət vaxtı 3 dəqiqə üstəgəl hər gedişə 2 saniyə (3+2) olmaqla İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. 
  Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt şəhər Gənclər və İdman Baş idarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq. 
YARIŞDA İŞTİRAK ETMƏK ÜÇÜN TƏLƏBLƏR:
1) Yarışa qatılmaq üçün hər bir iştirakçı www.chess.com saytında qeydiyyatdan keçməlidir. 
2) Yarışda yalnız klubumuza (Bakı Sumqayıt Şahmat Klubu) qeydiyyatdan keçmiş 18 yaşadək (2003 və yuxarı) Bakı və Sumqayıt şahmatçıları (digər şəhərlərin şahmatçıları yarışa buraxılmır) iştirak edə bilər. Xahiş olunur kluba qeydiyyatı öncədən keçəsiniz. 
3) Qeydiyyat 14 aprel 2021-ci il tarixdə yarışa 1 saat qalmış (18:00) başlayır.
4) Yarışın apellyasiya komitəsi çiterlik edən şahmatçıların nəticələrini ləğv etmək hüququna malikdir.   
Qeyd: Yarışın yekun nəticəsi 15 aprel 15.00-a kimi elan ediləcək. 

Oxunub: 365
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az