Qobustan Rayon İcra Hakimiyyətinin Başçısının Cəmcəmli kəndində sakinlərlə növbəti səyyar görüşü keçirildi.





Qobustan  Rayon İcra Hakimiyyətinin Başçısının Cəmcəmli kəndində sakinlərlə növbəti səyyar görüşü keçirildi.
 Hörmətli Prezidentimiz İlham Əliyevin müvafiq tapşırığına və tövsiyyələrinə əsasən Qobustan rayonunda da rayon rəhbərliyi tərəfindən vətəndaşlarla mütamadi olaraq səyyar görüşlər keçirilir. Bu günlərdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədovla Cəmcəmli kənd sakinlərinin səyyar görüşü keçirildi. İlk olaraq söz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Makif Əhmədova verildi.O, çıxışında bildirdi ki, kənddə 274 təsərrüfat olmaqla 1515 nəfər yaşayır.Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.1650 hektar əkinə yararlı torpaq sahəmiz var.Hal-hazırda 1450 hektar əkilib.Artıq noxud əkininə də maraq artıb.2662 hektar otlaq sahəmiz vardır ki, burada da 610 baş iribuynuzlu və 5870 baş xırdabuynuzlu heyvan qidalanır.Sahələrimizdən bol məhsul gözlənilir.Artıq biçinə hazırlaşırıq. Texnika baxımından da heç bir çətinliyimiz yoxdur.Kənddə 3 toxumcu təsərrüfati fəaliyyət göstərir.Rayon rəhbərliyinin və kənd sakinlərinin yaxından köməkliyi ilə daxili yolumuzun 2100 metri asfaltlanmışdır.Kəndarası yolun kənarına 900 ədəd eldar şamı  və 400  ədəd müxtəlif növ ağaclar əkilmişdir.Əkilmiş ağaclara qulluq diqqət mərkəzimizdədir. Biz bir nümayəndəlik olaraq rayon rəhbəriyi qarşısında söz veririk ki, üzərimizə düşən tapşırıqları vaxtında yerinə yetirməyə çalışacağıq. Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov görülmüş işlərə öz münasibətini bildirdi.Kənd icra nümayəndəsi başçının ona verdiyi sualları cavablandırdı.Eyni zamanda Adil müəllim əlaqədar təşkilatların rəhbərlərindən bu kəndlə bağlı hər hansı bir problemin olub-olmamasını soruşdu.Heç bir problemin olmaması bildirildi.Hörmətli başçı çıxışında bildirdi ki, artıq biçin vaxtı yaxınlaşır.Əkin sahələrinə baxanda bol məhsul gözlənilir.Dəfələrlə demişəm ki, mən həmişə zəhmətkeş insanların yanındayam.Məhz siz cəmcəmlilər də buna layıqsıznız. Rayon kənd təsərrüfatı və rayon “Aqrolızınq” idarəsinin rəhbərlərinə tapşırıldı ki, taxılın vaxtında və itkisiz yığılmasına nəzarəti artırsınlar.Qurumuş ağacların yenisi ilə əvəz olunması və kəndin daxili yolunun qalan 200 metrinin də asfaltlanması barədə tapşırıq verildi. Kənd sakini Aşur Dəmirov çıxışında kənd məsçidinin təmirinə ehtiyac olduğunu bildirdi. Müəllim Rizvan Bədəlov kənddə artıq heç bir problemin olmadığnı və buna görə də rayon rəhbərliyinə öz minnətdarlığını dilə gətirdi. Müəllifdən;- Bir sakin olaraq bildirim ki, Cəmcəmli kənd sakinləri öz xoş günlərini yaşayır.Həqiqətən,sosial baxımdan heç bir problemimiz yoxdur.Son dövrdə kəndimizdə 180 yerlik ikimərtəbəli məktəb binası tikilərək, 10 ildən artıqdır ki, istifadəyə verilmişdir.Kəndə fasiləsiz axını olan su xətti çəkilmiş və rayon mərkəzinə qədər olan 10 km-lik yolumuz çox kefiyyətli şəkildə asfaltlanmışdır.Görülmüş bu işlər heç vaxt biz-cəmcəmlilərin yaddaşından silinməyəcək.Bütün bu görülən işlərdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədovun şəxsən yaxından köməkliyi əvəzolunmazdır.Bir daha hörmətli başçımıza kənd sakinləri adından minnətdarlığımızı bildirirəm.
 Məhəmməd Bayramov .

Oxunub: 1 050
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az