"İşıq" Ərazi Partiya Təşkilatında YAP Qobustan rayon təşkilatının "Konstitusiya və Suverenlik ili " çərçivəsində 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilmişdir.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov bu tarixi günlə bağlı geniş məruzə ilə çıxış etmişdir.Məruzə ətrafında
"İşıq" Ərazi Partiya Təşkilatının sədri Mahir Məmmədov, sədr müavini Rüstəm Rzayev çıxış etmişlər.
Daha sonra partiya sıralarına yeni qəbul edilmiş 4 nəfər şəxsə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda Ərazi Partiya Təşkilatının sədr müavini Rüstəm Rzayevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərman təqdim olunmuşdur.
Oxunub: 60