Çimərlik reqbisi üzrə yeniyetmələrdən ibarət klublararası ilk ölkə birinciliyi başa çatıb !
@europeanazerbaijanschool nəzdində yaradılmış "EAS Simurgh" klubu final qarşılaşmasında "Qarabağ" reqbiçilərini üstələyərək yarışın qalibi oldu!
Qeyd edək, ki qrup mərhələsində birinciliyin aşkar favoriti olan Şuşa təmsilçisinə məğlub olan "EAS Simurgh" finalda əzmkarlıq göstərərək məğlubiyyətin əvəzini çıxmaqla komandaların bu cür mübarizələrdə inkişaf etdiyini göstərdi.
Bürünc medalları @dunyaschool məktəbinin "Dunya Warriors" klubu qazandı. Bu komandanın final qarşılaşmasına vəsiqə qazanması üçün qrup mərhələsində cəmi bir məhsuldar cəhdi çatmadı.
Yarışın ən yaxşı oyunçusu adına isə "Şamaxı OM" klubunun üzvü İsmayil Salmanov layiq görüldü!
@gencleridmannazirliyi nə və "Confrans Services" şirkətinə bu yarışı təşkil etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk!
Oxunub: 91