Qardaş Türkiyənin Azərbaycana dəstəyi
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu
Oda ulu, bu da ulu
Azərbaycan, Türkiyə
Dahi şairimiz Bəxtiyar Vahabzadənin bu misralarının nə qədər səmimi və həqiqət olduğunu tarix dəfələrlə sübuta yetirmişdir. Təkcə son bir əsrdə Çanaqqalada, Bakıda, Sarıqamışda, Gəncədə bu iki doğma qardaş bir-birinin azadlıq mücadiləsinə dəstək olmuş və ümumi düşmənə qarşı müqəddəs qanları bir-birinə qarışmışdır. 20-ci əsrin əvvələrində Azərbaycan xalqı şərqdə ilk dəfə Cümhuriyyət quranda türk ordusu Nuru paşa komandanlığında yardıma gəldi. Cəmi bir neçə il sonra qardaş Türkiyə Cümhuriyyət uğrunda istiqlal savaşı verəndə qazi Mustafa Kamal yardım üçün Azərbaycanın o vaxtkı rəhbəri N.Nərimanova müraciət edib, silah və qızılla Türkiyəyə yardım edən doktor Nəriman belə deyir : “Paşa biz qardaşıq. Bizdə qardaş –qardaşa yardım edər, borc verməz”.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətik” kəlamları hər iki ölkədə dillər əzbəridir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını hakimiyyətə gəlişi ilə Azərbaycan-Türkiyə qarşılıqlı münasibətləri yeni mərhələyə qədəm qoydu. Ölkəmizin ən böyük problemi olan “Dağlıq Qarabağ” münaqişəsini mlli maraqlarımıza uyğun həll etmək uğrunda uzaq görən siyasət aparan dövlət başçımıza yenədə ən böyük dəstək, qardaş Türkiyə və onun möhtərəm Cumhurbaşqanı Rəcəb Tayyıb Ərdoğan cənablarından gəldi. İstər siyasi arenada, istər hərbi sənaye və ordu quruculuğunda Türkiyə dövləti və xalqı qardaş Azərbaycana tam və təmannasız dəstək oldular.
2020-ci ilin sentyabr ayında Ali Baş Komandanımız şanlı ordumuza hücum əmrini verdi. Müqəddəs azadlıq müharibəmizin ilk anlarından beynəlxalq səviyyədə Azərbaycana tam dəstəyini elan edən Türkiyə höküməti kənar xarici müdaxilənin qarşısını almış oldu. 44 günlük Vətən Müharibəsi dövründə 85 milyonluq Türkiyəni bir nəfər kimi arxamızda hiss etdik. Müharibə Müzəffər ordumuzun tam qələbəsi ilə başa çatdıqdan sonra da qardaş Türkiyənin silahlı qüvvələri azad olunmuş torpaqlarımızda rus sülhməramlıları ilə birlikdə monitorinq nəzarət mərkəzi yaradaraq ola biləcək hər hansı təxribatın qarşısını almaq üçün xidmət göstərirlər.
İnanırıq ki, bu iki qardaş xalq və dövlət əbədi olaraq bir - birinə arxa, dayaq olacaqdır.
Şəmkir rayon Qaralar kənd Ayaz Bağırov adına tam orta məktəbin
direktoru Qurbanova Flora Qəşəm qızı
Oxunub: 283