“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin su təsərrüfatı və melorasiya sahəsində çalışan əməkdaşların peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Əhəd Əzizov və digər qonaqlar iştirak ediblər.
Çıxış edən natiqlər ölkəmizdə su təsərrüfatı və melorasiya sahəsində həyata keçirilən genişmiqyaslı islahatlardan, bu sahənin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə çalışan mütəxəssislərin əhəmiyyətli fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda bir qrup partiya fəalı və sahə üzrə fərqlənən əməkdaşlar Fəxri fərmanlarla təltif olunublar.
Oxunub: 71