Heydərov Sabir Ceyhun oğlu.
Şamaxı rayonunun Şərədil kəndində anadan olub.
2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Heydərov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Evli idi.
Ölümündən sonra "Cəbrayılın azad edilməsinə görə", "Kəlbəcərin azad edilməsinə görə", Vətən uğrunda", "Hərbi xidmətlərinə görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Oxunub: 104