Azərbaycan dünya çempionu oldu !
Azərbaycan dünya çempionu oldu !Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan həlledici görüşdə komandamız rəqibini 4:2 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb. Bürünc medal uğrunda qarşılaşmada isə Serbiya millisi Monteneqroya 3:0 hesabı ilə qalib gəlib.Çempionların mükafatlandırılması mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Oxunub: 54