Şamaxıda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.




Şamaxıda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
27 may 2025-ci il tarixində Şamaxı şəhərində açıq havada xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, mədəniyyət müəssisələrinin rəhbər və  əməkdaşları, təhsil müəssisələrinin rəhbər və müəllimləri,rayon ictimaiyyəti, gənclər və tələbələr iştirak edib.
Şamaxı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif yaş qrupundan olan ədəbiyyatsevərlər tərəfindən şairin şeirlərinin səsləndirilməsi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət "Bəxtiyar Vahabzadə və kitabları" adlı rəsm sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin "Eşq" ansamblının ifasında şairin şeirlərinə bəstələnmiş  musiqi nümunələri dinləyicilərdə xoş əhval-ruhiyyə yaradıb.

Oxunub: 66
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az