
QALİB XALQIN ŞANLI ORDUSU
Azərbaycan iqtisadi cəhətdən güclü dövlət olduğu kimi , həm də güclü orduya malikdir.Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, qorxmazlığı,,döyüş bacarığı və düşmənə qarşı dəmir yumruq kimi birləşərək mübarizə aparmasıdır.Məhz bu birlik sayəsində Azərbaycan ordusu böyük qələbə qazandı. 27sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusu şanlı qələbə qazandı və bütün dünyaya səs saldı. Bütün dünya mediası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışırdı.
Bildiyimiz kimi, strateji planlaşdırma qələbənin təmin olunmasında əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhvali-ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb olmuşdur.
44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək, cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür, işğaldan azad edilən hər qarış uğrunda itkilərimiz oldu.3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq bütün bunlar xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan ordusu bir gündə 70-dən artıq yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da ‘’DƏMİR YUMRUQ’’ əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Ordumuz Şuşa şəhərini işğaldan azad etməklə yanaşı düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi.
Azərbaycan əsgəri qorxmazdır, yenilməzdir. Təkcə Mübariz İbrahimovu xatırlamaq bəs edər ki, Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran Qalib Ordunun, qalib millətin dilində daim səslənəcək bir şüar vardır:
“QARABAĞ AZƏRBAYCANDIR!”.
Şəki şəhər B.Vahabzadə adına 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Salamova Nərgiz
Oxunub: 271
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az